S.Əliyeva vurğulayıb ki, illik məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin təhlili əks etdirilməklə yanaşı, hüquq pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun və əməkdaşlığın dərinləşdirilməsi bir daha önə çəkilir:
"Ümid edirəm ki, İllik Məruzə insan hüquqlarının daha effektiv müdafiəsinə, dövlət qurumları ilə ictimaiyyət arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq ruhunun gücləndirilməsinə təkan verməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunmasında sistemli və davamlı irəliləyişlərə, habelə hüquq mədəniyyətinin yüksəlməsinə öz töhfəsini verəcək".
Məruzə müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.