"Santos"un 33 yaşlı hücumçusu Neymar uzun müddətli fasilədən sonra milliyə çağırılıb.
Yenisabah.az xəbər verir ki, futbolçu DÇ-2026-nın seçmə mərhələsində çıxış etmək imkanı qazanıb.
Sonuncu dəfə millinin heyətində o, 2023-cü il oktyabrın 18-də Uruqvay yığmasına qarşı oyunda meydana çıxıb.
Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.
Telegram kanalımız