AZ

Göygöldə minik maşınıaşdı- YENİLƏNİB

Göygöldə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 12:50-da baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər (hər biri kişi cinsli olmaqla) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərdən birinin vəziyyəti orta ağır, digərlərinin isə vəziyyəti stabildir".(oxu.az)

***13:11

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Kərəmli kəndində qeydə alınıb. Hərəkətədə olan minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
1
avtosfer.az

2Mənbələr