ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İran lideri Xamneyiyə məktub göndərdiyini və nüvə silahı ilə bağlı danışıqlar prosesinə başlamaq istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bəyan edib ki, İran nüvə silahına malik ola bilməz.
Xamneyinin danışmağa razı olacağına ümid etdiyini ifadə edən Tramp, "Mən dedim ki, ümid edirəm danışıqlar apararsınız, çünki bu, İran üçün çox daha yaxşı olar. Düşünürəm ki, o məktubu almaq istəyirlər. Digər alternativ odur ki, nələrsə etməliyik, nüvə silahına icazə verə bilmərik "-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az