AZ

Voyçex Şesnı ilə bağlı qərar verildi

“Barselona” qapıçısı Voyçex Şesnı ilə bağlı qərarını verib.

Msport.az xəbər verir ki, kataloniyalılar 34 yaşlı qolkiperlə müqaviləni daha bir il uzatmaq istəyir.

Baş məşqçi Hans-Diter Flik və klubun idman rəhbərliyi polyak futbolçu ilə sözləşmə imzalanan andan etibarən onunla uzunmüddətli plan qurmağı düşünürdü. Lakin ilkin olaraq Şesnının oyun forması analiz edilməli idi.

Flik üçün əsas şərtlərdən biri qapıçının optimal fiziki hazırlıq səviyyəsinə çatması və əsas heyətdə yerini təmin etməsi idi. Şesnı bu tapşırığın öhdəsindən uğurla gəlib, klub rəhbərliyi onun çıxışından razıdır. Çempionlar Liqasında “Benfika” (1:0) ilə qarşılaşmadakı performans Şesnıya olan inamı daha da möhkəmləndirib.

Bu səbəbdən “Barselona” əvvəlcədən planlaşdırılan strategiyanı davam etdirmək və Şesnıya yeni müqavilə təklif etmək niyyətindədir. Rəsmi təklif mövsüm bitdikdən sonra irəli sürüləcək.

Seçilən
112
msport.az

1Mənbələr