AZ

Tramp diplomatik missiyalarını bağlamağı planlaşdırır

ABŞ rəsmiləri prezident Donald Tramp administrasiyasının Birləşmiş Ştatların xaricdəki bir neçə diplomatik missiyasını bağlamağı planlaşdırdığını iddia edib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

İddialara görə, Tramp administrasiyası yay aylarına qədər əsasən Avropadakı onlarla konsulluğu, eləcə də bir çox nümayəndəliyi bağlamağı planlaşdırır.

Qeyd olunub ki, bu vəziyyət missiyalarda çalışan bir çox yerli işçilərin də ixtisar ediləcəyi anlamına gəlir. Adının açıqlanmasını istəməyən səlahiyyətlilər ABŞ dövlət katibi Marko Rubionun ötən ay missiyalara göndərdiyi qeyddə personal sayının “minimum”da saxlanılmasını istədiyini bildiriblər.

Seçilən
133
39
publika.az

10Mənbələr