8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı “AzərEnerji” ASC-də tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan qadınının cəmiyyətdə aparıcı rolundan danışılaraq qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, energetika sahəsində də Azərbaycan qadınları daim öz sözünü deyib.
Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunmasında, nəsildən-nəsilə çatdırılmasında fədakarlığından danışılan tədbirdə bildirlib ki, çoxminlik “AzərEnerji” kollektivində minə yaxın qadın əməkdaş enerjinin istehsalı, enerjinin ötürülməsi və enerjinin idarəedilməsi sahəsində işləyir.
