7 mart 2025-ci il tarixində “QAYIDIŞ” İctimai Birliyinin və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızının tələbələrlə görüşü keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə ilk olaraq Azərbaycan Texniki Universitetinin Humanitar fənnlər kafedrasının müdiri dosent Hebib Mirzəyev çıxış edərək bu kimi tədbirlərin və ərsəyə gələn kitabların gənclik və gələcək nəsillər üçün mahiyyətindən danışıb.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi və vətənpərvərliyin təbliğatı üçün “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində ərsəyə gələn kitablar haqqında layihənin rəhbəri Manya Səxavətqızı və layihənin ümumi dəstəkçisi Qazi oğlu, Şəhid qardaşı Şahin Məmmədov ətraflı məlumat verərək kitabları təqdim ediblər. Tədbirdə iştirak edən Şəhid Vüsal Şahmarlının anası Sevər Səfərova, Şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının müəllim, pedaqoqu Qazi Ülvi Qədir çıxış edərək müəllifin ərsəyə gətirdiyi kitabların və unversitetlərdə bu kimi tədbirlərin keçirilməsinin önəmindən danışıblar.
Görüşün sonunda tələbələrə hədiyyələr verilib və xatirə şəkili çəkilib.