AZ

Dopinqə görə cəzalandırıldı

  UFC döyüşçüsü Markos Rocerio de Lima diskvalifikasiya edilib.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı döyüşçü promosyonun antidopinq siyasətini pozduğuna görə diskvalifikasiya edilib. 13 yanvar 2025-ci ildə anastrozol üçün verdiyi test müsbət çıxıb.

De Limanın anastrozol ehtiyacını dəstəkləyən tibbi sənədləri təqdim etdiyi bildirilir. Lakin Markos bu barədə liqaya xəbərdarlıq etməyib.

Qeyd edək ki, braziliyalı UFC-yə 2026-cı il yanvarın 24-də qayıda biləcək.//publika.az   

Seçilən
54
1
referans.az

2Mənbələr