44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.
Tovuz Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.
Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.