Bu gün basketbol üzrə Azərbaycan çempionatında XVII tur start götürüb.
Offsideplus.az xəbər verir ki, açılış oyunu A qrupunda NTD və "Naxçıvan" arasında keçirilib.
Turnir cədvəlinin əks qütblərində qərarlaşan tərəflərin vəziyyəti fərqlidir. NTD növbəti qələbəsini qazanmaq istədiyi halda, "Naxçıvan" ötən tur itirdiyi liderliyə qayıtmağı arzulayırdı. Qələbə isə NTD-yə qismət oldu.
A qrupu
NTD - "Naxçıvan" 85:78 (21:15; 22:26; 23:24; 18:13)
"Sərhədçi" İM
A qrupu
1. "Sabah" 28 xal
2. "Naxçıvan" 27
3. "Neftçi" 24
4. "Sərhədçi" 22
5. "Abşeron" 22
6. NTD 21