AZ

İlon Mask ABŞ hərbi bazasındakı işçilərin kartlarını bloklayıb

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) İtaliyanın Aviano şəhərindəki ABŞ hərbi bazasının mülki işçilərinin kredit kartlarını bloklayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “NEWS.ru” yerli "Messaggero Veneto" nəşrinə istinadla məlumat verir. Xəbərdə qeyd olunub ki, bütün kredit kartlarındakı hesablar bir dollara endirilib.

Təlimat həm italyan, həm də amerikalılardan ibarət təxminən 60 baza işçisinə təsir edib. Məhdudiyyət bir ay müddətinə tətbiq edilib. DOGE-nin hər bir ödənişi qeyd etmək üçün xüsusi uçot sistemi tələb olunmaqla, federal xərclərdə şəffaflığı artırmağa çalışdığı bildirilir.

QAZİLER.AZ

Seçilən
57
qaziler.az

1Mənbələr