Bakı. Trend:
“İdman həftəsi” çərçivəsində bu gün tələbələr arasında keçirilənstolüstü tennis yarışına yekun vurulub.
Trend xəbər verir ki, yarışGənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgətəşkilatçılığı ilə “Şüa” İdman Kompleksində təşkil olunub.
Qızlar arasında Bakı Dövlət Universitetinin komandası birinciyeri tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycanİdman Akademiyasının (AİA) komandaları müvafiq olaraq ikinci vəüçüncü yerə layiq görülüblər.
Oğlanların yarışında isə AİA birinci olub. Bakı Ali NeftMəktəbinin komandası ikinci, Azərbaycan Dövlət İqtisadUniversitetinin komandası isə üçüncü pillədə qərarlaşıblar.