Martın 7-də, gecə saatlarında Ukraynanın cənubundakı Odessada partlayışlar baş verib.
Publika.az Ukraynanın “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bir saat ərzində üç partlayış olub.
Bundan əvvəl Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Nikopol rayonunda infrastruktur obyektlərinə və sənaye müəssisəsinə ziyan dəyib. Lısak əlavə edib ki, yanğın da olub, xilasedicilər onu söndürüblər.