AZ

“Neftçi”də “200”ü görən Emin Mahmudov: “Heç sevinə bilmədim"

"Neftçi" kimi komandada 200 oyun keçirmək qürurverici hissdir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib.

32 yaşlı yarımmüdafiəçi klub tarixində 200 oyun həddinə çatan ilk futbolçu olmasını şərh edib:

"Mənim üçün çox xoş oldu. Əlbəttə, bu rəqəmə “Neftçi” kimi komandada çatmaq qürurverici hissdir.

Amma "Kəpəz"ə uduzduğumuza görə heç sevinə bilmədim”.

E.Mahmudov "Neftçi"də 200 oyun keçirən ilk futbolçu olub. Bu, Premyer Liqanın XXV turunda, "Kəpəz"lə səfər oyununda (0:1) reallaşıb.

Seçilən
72
17
sportinfo.az

8Mənbələr