Bakıda intihar hadisəsi olub.
Pravda.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində baş verib.
Əmircan qəsəbə sakini 36 yaşlı Tural Azər oğlu Bağırov özünü 9 mərtəbəli binanın sonuncu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 8 Mart 2025, 15:08