ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask ukraynalı oliqarxlara qarşı sanksiyaların tətbiq olunmasını təklif edib.
Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.
Mask Ukraynadakı münaqişənin tez bir zamanda başa çatması üçün bu addımın atılmalı olduğunu bildirib.
“Ukraynadakı ilk on oliqarxa, xüsusilə Monakoda malikanələri olanlara qarşı sanksiya tətbiq edin və bu münaqişə dərhal bitəcək”, - milyarder qeyd edib.