AZ

"Mançester Yunayted" Zirkzi ilə bağlı qərar verib

"Mançester Yunayted" komandanın hücumçusu Coşua Zirkzidən razıdır.

90deqiqe.Az-ın "GiveMeSport"a istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” niderlandlı hücumçunun çıxışını bəyənir və bu səbəbdən klub futbolçunu satmaq istəmir.

Futbolçunun özünün də ingilis qrandını tərk etməyi planlaşdırmadığı vurğulanır.

Zirkzi 2024-cü ilin yayında “Mançester Yunayted”ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 41 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib. 23 yaşlı Zirkzeenin "Mançester Yunayted"lə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. Transfermarkt mütəxəssisləri forvardın qiymətini 42 milyon avro qiymətləndirib.

Seçilən
44
90deqiqe.az

1Mənbələr