AZ

Türkiyə ABŞ-la hərbi təlimlərə qayıtdı

Dünyanın ən nüfuzlu hərbi təlimlərindən sayılan“Red Flag” martın 10-dan 21-nə kimi davam edəcək.Təlimlər Nevada ştatındakı Nellis hərbi aerodromunda keçiriləcək. Məşqlərdə müttəfiq ölkələrlə koordinasiyalı şəkildə rəqibin hərbi hava qüvvələrinə qarşı əməliyyatlar simulyasiya ediləcək.

Miqyası bütün dünyanı əhatə edən təlimlərdə “qırmızı” və “mavi” komandalar təşkil edilir. “Qırmızı”lar düşməni, “mavi”lər isə müttəfiq qüvvələri təmsil edir. Reallığa maksimum yaxın şərtlərdə keçirilən təlimlərindəpilotlar yüksək ustalıq nümayiş etdirməli olurlar.

2016-cı ildə ölkələr arasında yaranan gərginliklər silsiləsindən (FETÖ qiyamı, “S-400” və “F-35” qalmaqalları) sonra Türkiyə bu təlimlərdə iştirakını dayandırmışdı.

Tariyel Həsənov
AzVision.az
Seçilən
44
azvision.az

1Mənbələr