AZ

Premyer Liqa: “Arsenal” MY ilə bacarmadı, “Çelsi” sevindi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda qarşılaşdığı “Lester Siti”ni minimal hesabla məğlub edib.

Dörd qolun qeydə alındığı “Tottenhem” – “Bornmut” matçında qalib müəyyənləşməyib.

“Mançester Yunayted” – “Arsenal” görüşündə isə qapılara qol vurulmayıb.

28-cu tura martın 10-da keçiriləcək “Vest Hem” – “Nyukasl” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
28-ci tur
8 mart

Nottingem Forest – Mançester Siti 1:0
Qol: Hadson-Odoi, 83.

Brayton – Fulhem 2:1
Qol: Van Hekke, 41. Joao Pedro, 90+8-pen – R.Ximenes, 35.

Kristal Pelas – İpsviç Taun 1:0
Qol: Sarr, 82.

Liverpul – Sauthempton 3:1
Qollar: D.Nunyes, 51. Salah, 55-pen; 88-pen – Smollbon, 45+1.

Brentford – Aston Villa 0:1
Qol: O.Uotkins, 48.

Vulverhempton – Everon 1:1
Qollar: Munetsi, 40 – Harrison, 33.

9 mart

Çelsi – Lester Siti 1:0
Qol: Kukurelya, 60.

Tottenhem – Bornmut 2:2
Qollar: Sarr, 67. Son, 84-pen – Tavernye, 42. Evanilson, 65.

Mançester Yunayted – Arsenal 1:1
Qollar: B.Fernandes, 45+2 – Rays, 74.

10 mart

00:00. Vest Hem – Nyukasl

Seçilən
10
1
arena.az

3Mənbələr