AZ

Ramazanın 10-cu gününün duaları:İMSAK VƏİFTAR VAXTI

Sabah Ramazan ayının 10-cu günüdür.

 

Senzor.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 10-da imsak vaxtı saat 05:35-də, iftar vaxtı isə 18:56-dadır.

 

10-cu günün İmsak duası: “Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət- talibin”.

 

Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

 

İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

 

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

 

Allah orucunuzu qəbul etsin!

Seçilən
113
28
senzor.az

10Mənbələr