Norveç dənizində 6,6 bal gücündə zəlzələ baş verib.
Publika.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Bakı vaxtı ilə saat 06:33-də qeydə alınıb. Zəlzələnin episentri Yan Mayen adasından ( Norveç ) təxminən 8,5 km şimalda yerləşib .
Altay-Sayan şöbəsi qeyd edib ki, episentrdəki zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.