AZ

Paşinyanı sevindirən xəbər: Sərkisyan və Köçəryan gözləniləni etmədi

“Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan arasında hazırkı iqtidara qarşı mübarizədə birlik mümkün deyil. Bu, artıq danılmaz faktdır”.


"Referans" xəbər verir ki, bunu erməni ekspert Tiqran Vahan deyib.


Onun sözlərinə görə, mübarizə həm də keçmiş liderlərin tərəfdaşları arasında gedir:


“Son həftələrdə hər ikisinin komandalarının üzvləri bir-birilərinin üvanına müxtəlif ittihamlar və təhqirlər səsləndiriblər. Hətta Nikol Paşinyan və komandasının hakimiyyətə gəlməsinə görə bir-birilərini günahlandırırlar. Mövcud iqtidardan qurtulmağa çalışmaq əvəzinə, bir-biriləri ilə mübarizə aparırlar. Lakin yenə də bir çoxları Sərkisyan və Köçəryandan güclərini birləşdirmələrini gözləyirlər. Liderlər isə müxalifətin parçalanmasının nə qədər təhlükəli olduğunu anlamırlar. Bu vəziyyət ən çox Paşinyan və komandasının işinə yarayır”.


Qeyd edək ki, bir müddət öncə iki liderin yaxınlaşan seçkilərdə güclərini birləşdirə biləcəyi və Moskvanın dəstəyi ilə Ermənistandakı mövcud iqtidarı hakimiyyətdən uzaqlaşdırmağa çalışacağı deyilirdi. Lakin Robert Köçəryanın xələfi ilə bağlı son açıqlamaları və səsləndirilən ittihamlar bu gözləntinin reallaşmayacağı, hər ikisinin fərdi şəkildə seçkilərdə meydana çıxacağı kimi dəyərləndirilir./ Globalinfo.az

Seçilən
64
referans.az

1Mənbələr