Bu ilin yanvar ayında Azərbaycana 13,02 min ton gübrə idxal edilib.
Bu miqdarda gübrənin idxalına çəkilən xərcin həcmi 5,15 milyon ABŞ dolları təşkil edib.
Gübrə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 230 ton və ya 1,7% azalıb, dəyər ifadəsi ilə 860 min ABŞ dolları, yaxud da 20% artıb.
// APress.az