AZ

Zidan Monteneqroda çempion oldu

Monteneqronun Budva şəhərində təşkil olunan gənc boksçular arasında “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

Msport.az xəbər verir ki, Dünya Kuboku statuslu yarışda Azərbaycan millisi 1 qızıl, 3 bürünc medal qazanıb.

Son gündə Zidan Hümbətov (54 kq) turnirin qalibi olub. O, finalda qazaxıstanlı Aldiyar Bahadura 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib.

Hümbətova qədər Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medal qazanmışdılar.

Seçilən
62
1
msport.az

4Mənbələr