Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pul köçürməsistemləri ilə kommersiya banklarına daxilolmaların sayı 211,9 minədəd, məbləği isə 96,4 milyon manat təşkil edib.
Trend-inMərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu, bir ay əvvələnisbətən say ifadəsində 71,7 min ədəd (25,3%), 2024-cü ilin eynidövrü ilə müqayisədə isə 94,1 min ədəd (30,7%) azdır.
Bu göstərici məbləğ baxımından isə bir ay əvvələ nisbətən 16,9milyon manat (14,9%), 2024-cü ilin eyni ayı ilə müqayisədə isə 70,1milyon manat (42,1%) azdır.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə bankadaxilolmalar üzrə bir ödənişin məbləği 454,8 manat olub ki, bu daaylıq ifadədə 55,3 manat (13,8%) çox, 2024-cü ilin eyni dövrü iləmüqayisədə isə 89,4 manat (16,4%) azdır.
Eyni zamanda cari ilin fevralın 1-nə bankdan kənara köçürmələrinsayı 83,2 min ədəd, məbləği 36,3 milyon manat təşkil edib.
Məlumata əsasən, bu göstərici say ifadəsində bir ay əvvələnisbətən 46,1 min ədəd (35,6%), bir il əvvəlki göstərici iləmüqayisədə isə 11,2 min ədəd (11,9%) azdır.
Məbləğ ifadəsinə isə müqayisə etsək, sözügedən göstərici aylıqmüqayisədə 9,3 milyon manat (20,4%), illik ifadədə isə 5,1 milyonmanat (12,3%) azdır.
Qeyd olunan dövrdə bankdan kənara köçürmələr üzrə bir ödənişinməbləği 436 manata bərabər olub ki, bu da aylıq müqayisədə 83,6manat (23,7%) çox, illik ifadədə isə 2,2 manat (0,5%) azdır.