ABŞ-ın kənd təsərrüfatı məhsullarına 15%-ə qədər cavab rüsumları tətbiq etməyə hazırlaşan Çin, martın 20-də Kanada məhsullarına cavab tarifləri tətbiq edəcək.
İndex.az xəbər verir ki, tarif xəbərləri və ABŞ iqtisadiyyatına dair məlumatlar qlobal bazar qiymətlərində dəyişkənliklər yaradıb.
Belə ki, FED sədri Pauelin ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu bildirməsindən sonra, “S&P 500” birjası 1%-dən çox ucuzlaşıb.
Bu birjanın sentyabr ayından bəri ən pis həftəlik göstəricisi idi.
“Nasdaq 100” birjası isə ucuzlaşan birjalar sırasına qoşulmaqdan son anda xilas olub.
Bu ucuzlaşma istiqrazlara müsbət təsir göstərib.
Belə ki, 10 illik ABŞ Xəzinədarlığının gəlirliliyi həftə ərzində 9 baza bəndi artıb.