AZ

Paşinyan Köçəryanı və Sarqsyanı “qiymətləndirib”

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, müxalifətin bəyanatlarına cavab olaraq Paşinyan eks-prezidentlər Robert Köçəryan və Serj Sarqsyanı “yarısürtülmüş və yarıköhnəlmiş adamlar” və “hakimiyyət qəsbkarları”, özünü isə xalqın seçdiyi şəxs adlandırıb.

2018-ci ildə Sarkisyana qarşı keçirilən etiraz aksiyalarının Köçəryan tərəfindən dəstəkləndiyini iddia edən müxalif deputatlar, habelə Paşinyanın “yalanlarına” da diqqət çəkiblər. “Ermənistan” fraksiyasının deputatları isə bildiriblər ki, Sarkisyanın Paşinyanın etirazlarının qarşısını almaq üçün hər cür imkan var idi, lakin o, inqilaba imkan verməklə hakimiyyəti bilərəkdən “ötürüb”.

“2018-ci ildə xalq inqilabı xalqı hakimiyyətə gətirib və mən, sadəcə olaraq xalqın hakimiyyətinin müvəqqəti qoruyucusuyam. Xalq istədiyi vaxt mənibaşqası ilə əvəzləyəcək. Mən keçmiş prezidentləri özlərinin hakimiyyətə necə gəldiklərini və onları məhz kimin vəzifəyə gətirdiyini izah etməyə çağırıram”, - Nikol Paşinyan müxalifət fraksiyalarının deputatlarının ittihamları ilə razılşamayıb.

Bundan əlavə, Paşinyan qeyd edib ki, onun hökumətinin siyasəti Köçəryan və Sarqsyanın siyasətindən fərqli olaraq Ermənistan dövlətçiliyinin itirilməsinin qarşısını almağa yönəlib.

Maraqlıdır ki, bunun qarşılığında müxalifət fraksiyalarının nümayəndələri bir-birini hakimiyyəti, o cümlədən Paşinyanı dəstəkləməkdə günahlandırmaqda davam ediblər.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
24
azvision.az

1Mənbələr