ABŞ altı həftəlik araşdırmadan sonra Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-ni rəsmən bağlayır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə paylaşım edib.
Marko Rubio bildirib ki, USAID proqramlarının əksəriyyəti ABŞ-ın maraqlarına xidmət etməyən məqsədlərə on milyardlarla dollar xərcləyib.
"Altı həftəlik araşdırmadan sonra biz USAİD-də proqramların 83%-ni rəsmi olaraq bağlayırıq. Hazırda bağlanan 5200 müqavilə on milyardlarla dollar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən və bəzən hətta zərər vuran layihələrə xərclənib", - Rubio yazıb.