AZ

Rusiya-Ukrayna müharibəsi qlobal silah bazarını belə dəyişib: Hansı ölkələr varlanıb?

Rusiya-Ukrayna müharibəsindən sonra artan təhlükəsizlik təhdidlərindən sonra Avropanın bir çox ölkəsi müdafiə investisiyalarını artırmağa qərar verərkən, qitənin silah idxalı 2020-2024-cü illərdə 155 faiz artıb.

Hurriyyet.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah transferlərinə dair hesabatına görə, 2015-2019-cu illərlə müqayisədə 2020-2024-cü illərdə döyüş təyyarələri, zenit silahları, tanklar və sualtı qayıqların idxalı təxminən 155 faiz artıb.

2015-2019-cu illərdə qlobal silah idxalının 11 faizi Avropanın payına düşdüyü halda, 2020-2024-cü illərdə bu nisbət yüzdə 28-ə yüksəlib. Bu silahların 64 faizi ABŞ tərəfindən təmin edilib. Bu nisbət 2015-2019-cu illərdə yüzdə 52 olaraq qeydə alınıb.

Avropanın ən böyük idxalçısı Ukrayna olub və ümumi qlobal silah idxalının 8,8 faizini təşkil edib. Sözügedən dövrdə ölkənin idxalı 100 dəfəyə yaxın artıb.

Rusiya-Ukrayna müharibəsi qlobal silah bazarını əhəmiyyətli dərəcədə dəyişib. Ukrayna üçün ən əhəmiyyətli iki ixrac ölkəsi idxal olunan malların 45 faizini təmin edən ABŞ və 12 faizini təmin edən Almaniya olub.

ABŞ 2020-2024-cü illərdə silah ixracatını 2015-2019-cu illərlə müqayisədə 21 faiz artıraraq bu sahədə liderliyini qoruyub.

Eyni dövrdə Rusiyadan silah tədarükü 64 faiz azalıb. ABŞ 2020-2024-cü illərdə 107 ölkəyə silah satdığı halda, Rusiya 33 ölkəyə əhəmiyyətli silah ixrac edib.

Publika.az

Seçilən
25
hurriyyet.az

1Mənbələr