AZ

"Harri Potter"in "Severus Sneyp"i o olacaq

İngilis yazıçı J.K. Roulinqin fantastik romanları əsasında ekranlaşdırılan "Harry Potter" film seriyası əsasında serial çəkiləcək.

Kulis.az xəbər verir ki, 2026-cı ildə yayımlanacaq serialda Severus Sneyp obrazını aktyor Paapa Essiedu canlandıracaq.

Serialın 7 mövsüm davam etməsi planlaşdırılır və hər mövsüm bir kitaba əsaslanacaq.

Qeyd edək ki, filmdə Severus Sneyp obrazını canlandıran britaniyalı aktyor Alan Rikman 2016-cı ildə xərçəngdən vəfat edib.

Seçilən
13
kulis.az

1Mənbələr