AZ

Şahzadəyə ərə gedən, lakin xoşbəxt olmayan məşhur qadınlar - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bir çox insan üçün şahzadə ilə evlənmək əsl nağıl kimi görünür. Dəbdəbəli sarayların, bahalı zinət əşyalarının və kral həyatının xoşbəxtliyin təminatı olduğunu düşünürlər. Amma tarix göstərir ki, bütün şahzadələrin xoşbəxt həyatı olmayıb.

Hafta.az-ın yazdığına görə, zəngin şahzadələrlə evli olsa da, həyat yoldaşından sevgi və sədaqət tapa bilməyən, kral sarayının sərt qaydaları ilə sıxışdırılan və ya ailə problemləri burulğanında ilişib qalan bir neçə məşhur qadın var. Bu məqalədə belə taleyin sahiblərinin həyatından bəhs edəcəyik.

Şahzadə Haya və Şeyx Məhəmməd bin Rəşid əl-Maktum

Şahzadə Haya uşaqlarını və 39 milyon dolları götürüb Böyük Britaniyaya qaçıb. Şahzadə bunu həyatını xilas etmək üçün etdiyini desə də, rəsmi versiyada şeyxin arvadının cangüdəni ilə xəyanətindən xəbər tutduğu bildirilir. Əl-Maktum qadın cangüdəninin əvvəllər də bahalı hədiyyələr almasından və bir yerdə çox vaxt keçirməsindən şübhələnib. Eyni zamanda cütlük uşaqların yanında kimin qalacağı ilə bağlı məhkəmə qərarı ilə məşğul olub.

Şahzadə Diana və Şahzadə Çarlz

1981-ci ildə Şahzadə Diana və Şahzadə Çarlzın toyundan yazmayan media yox idi. Amma əsrin toyu adlandırılan mərasimdən sonra Diana üçün çətin günlər başlayıb. O, yaxşı bilirdi ki, ərinin həyatında başqa bir qadın var - Kamilla Parker-Boulz. Endrü Mortonla müsahibəsində şahzadə problemlərinin toydan sonra başladığını, bulimiyadan əziyyət çəkdiyini, özünə nifrət etdiyini və bütün bunlarda rəqibi Kamillanı günahlandırdığını açıqlayıb. Ərindən diqqət görməyən Diana ətrafda sevgi axtarmağa başlayıb. O, at təlimçisi Ceyms Hevitlə tanış olur. Bu zaman Çarlz Kamilla ilə münasibətini artıq gizlətmirdi və hətta birlikdə səyahətə çıxmışdı. Kütləvi informasiya vasitələri krallığın iki nümayəndəsinin məşuqələri ilə telefon danışıqlarını elan edən materiallarla doludur. Hər ikisi evliliklərinin dağılmasında bir-birini günahlandırıb. Kraliça Yelizaveta qəzəblənib və boşanmalarını tələb edib.

Şahzadə Marqaret və Entoni Armstronq-Cons

II Yelizavetanın bacısı şahzadə Marqaret bütün həyatı boyu bir kişini - atlı Peteri sevib. Rəsmi mərasimlərin birində onun Peterlə yaxın münasibətdə olması jurnalistlərin diqqətindən yayınmayıb. Peter monarxdan 16 yaş böyük və subay idi, amma kral mənşəli deyildi. 1960-cı ildə Marqaret Entoni Armstronq-Consla evlənir, lakin o, xoşbəxt olmur. Entoni ilə 18 illik evliliyi zamanı Marqaretin ürəyində yalnız bir kişi var idi - bir zamanlar dəlicəsinə aşiq olduğu Piter.

Şahzadə Luiza və Fridrix Lippe-Şaumburqski

Şahzadə Luiza və Fridrix Lippe-Şaumburqski 1984-cü ildə nişanlandılar, lakin bu evlilik Luizi xoşbəxt etmədi. Üç uşaq dünyaya gətirən şahzadə özünü həmişə tənha hiss edib. 1906-cı ildə meningit xəstəliyinə tutuldu və elə həmin il öldü.

Şahzadə Tok-hye və Takeyuki So

Koreya şahzadəsi Tok-hye 13 yaşında ailəsindən və ölkəsindən uzaqda yaşayan girov kimi Yaponiyaya göndərilib. Qraf Takeyuki ilə evlənməyə məcbur oldu. Hər ikisi bədbəxt idi. Amma şahzadə ərinin ailəsindən məyus olduğunu, eyni zamanda övladının tərbiyəsindən yayındığını gizlətməyib. Depressiyaya düşən Tok-hye-ə şizofreniya diaqnozu qoyulub. Ər arvadını psixi xəstəxanaya yerləşdirib və boşanma prosesi ilə özü məşğul olmağa başlayıb. Uzun müddət psixiatriya müəssisəsində müalicə alan şahzadə 1962-ci ildə ölkəsinə qayıdıb və həyatının qalan hissəsini ailə üzvlərinin əhatəsində keçirib.

Seçilən
15
hafta.az

1Mənbələr