AZ

Qəzzalı balıqçının mübarizəsi ürəkləri sızlatdı - FOTO

İsrail hücumları nəticəsində balıqçı qayıqları ciddi ziyan görüb. Çarəsiz qalan qəzzalı balıqçı köhnə soyuducu qapağından sal düzəldərək balıq ovlamağa başlayıb.

Yenisabah.az xəbər verir ki, Qəzzada 15 ay davam edən İsrail hücumları balıqçıları da qazancdan məhrum edib. Hücumlar zamanı balıqçı qayıqlarının çoxu zədələnib.

Çarəsiz qalan qəzzalı balıqçı Xalid Habib köhnə soyuducu qapağını müxtəlif materiallardan istifadə edərək sala çevirib.

O, həmçinin polad tellərdən bir qəfəs düzəldərək yenidən balıq ovlamağa başlayıb.

Qəzzalı balıqçı ailəsini dolandırmaq və bir qədər balıq satmaq üçün ov etməyə davam edir.

Yaşadıqları çətinliklərdən danışan Habib "Atəşkəs olsa da, ovlamaq yenə də çətindir. Limandan kənara çıxa bilmirik, çünki İsrail əsgərləri bizi çıxsaq vuracaqlarını deyir. Bu üsulla çoxlu balıqçını yaralayıblar," – deyə bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Qəzzada əsas gəlir mənbələrindən biri olan balıqçılığın çöküş həddinə çatdığını bildirir.

2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayına qədər gündəlik balıq ovu 7,3 faizə qədər azalıb. Ümumi itkilər 17 milyon dollara çatıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr