AZ

Tələbələrlə şairin görüşü keçirilib - Foto

Tələbələrlə

Azərbaycan Universitetinin "Ulduz" jurnalında təcrübə keçən tələbələri ilə şair Şəhriyar Del Geraninin görüşü baş tutub.

Reyting.az
xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilmiş görüşdə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs və jurnalın şöbə redaktoru Taleh Mansur daiştirak edib.

Görüş zamanı ədəbi proses və yaradıcılıqla bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

Şəhriyar Del Gerani şeirlərinisəsləndirib, tələbələrə imzalı kitablarını hədiyyə edib.

Qeyd edək ki, "Ulduz" jurnalının təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çəçivəsində bundan əvvəlşair Qəşəm Nəcəfzadə, İntiqam Yaşar, Ayşən Mehdiyeva və Taleh Mansurla da görüş keçirilib.


Seçilən
20
2
reyting.az

5Mənbələr