AZ

Ucarlı gəncin unikal maşını

Ucarlı gəncin müxtəlif avtomobil hissələrindən yığaraq hazırladığı maşını hər kəsin diqqətini cəlb edir.

“Heftelik.az” “Apa tv”ə istinadən məlumat verir ki, rayonun Alpolu kənd sakini Arif Əliyev 30 yaşında ümumi olaraq 7 ayını sərf edərək şəxsi istifadəsi üçün praktik bir maşın hazırlayıb. Müxtəlif yük və minik avtomobillərinin ehtiyyat hissələrindən ərsəyə gətirdiyi bu maşını əsasən kənd təsərrüfatı işlərində istifadə üçün hazırlayıb.

Maşın dizel yanacağı ilə hərəkətə gəlir və xüsusi olaraq yığılan mühərriki sayəsində yanacağa qənaət edir.

A. Əliyev bildirib ki, ümumi olaraq avtomobilin hazırlanması üçün 3500 manat xərc çəkilib. Maşın 2 ton ağırlıqda yük daşıma gücünə malik olub, saatda 80 km sürətlə hərəkət etmə qabiliyyətinə malikdir.

Arif Əliyevin atasına sözlərinə görə, oğlu bu texnikanı hazırlayarkən çox əzmlə çalışaraq, hətta gecə və səhər saatlarında belə heç nəyə baxmdan işləyib. Bunun nəticəsi isə olaraq hazırda işlərinə çox yarayan və qənaətli bir avtomobilə sahib olublar.

A. Əliyev onu da bildirib ki, əlavə olaraq dəstək olarsa, daha müasir və tam standartlara cavab verən yeni avtomobillər hazırlaya bilər.

Müəllif: Türkan_zadə

Seçilən
27
heftelik.az

1Mənbələr