AZ

“Onun kimi vətən xainindən hər şey gözləmək olar!” – DEPUTAT

"Tural Sadıqlı adında üz qarası, anti-milli ünsür indi də Paşinyanı tərif və mədh edib, onun şərəfinə öz növbəti videosunda babat bir "sağlıq” deyib. Üstəlik, "sağlıq”ı bir yana qalsın, ardınca da öz dövlətini, öz millətini hədəfə alıb. Təsəvvür edirsinizmi? Və ya sualımı dəqiqləşdirim:  Rəzilliyin, yaramazlığın bundan ötə nöqtəsi varmı? Bundan böyük naqislik, namərdlik, tərbiyəsizlik, nankorluq, xainlik mümkündürmü, ola bilərmi? Xeyr! Mümkün deyil! İnsan özünü zorlasa, məcbur etsə belə öz dövlətinə və millətinə qarşı bu qədər düşmən mövqedən çıxış edə bilməz. Amma Tural edir. Tural bunu bacarır. Tural pul müqabilində, "verbovka”sı olduğu qüvvələrin bircə əmri ilə bütün şərəfsizliklərə imza atır və bata bildikcə də batır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Tural Sadıqlı bu yaxınlarda Harutunyanın, Vardanyanın müdafiə komitəsini yaratsa qətiyyən təəccüblənmərəm. Çünki öz ipini erməni lobbisinin əlinə verən vətən xainindən hər şey gözləmək olar. Hər şey və hər şey! – deyə Partiya sədri fikirlərinə davam edib.
 
 
 

 
 
 

Seçilən
161
7news.az

1Mənbələr