"Kanada heç vaxt (Amerikanın ) 51-ci ştatı olmayacaq. Nöqtə. Biz böyük və müstəqil ölkəyik”.
O da aydındır ki, Böyük Britaniyanın adındakı "böyük" sözü gəlişi gözəl söz deyil. Britaniya həqiqətən də böyük bir dünya gücüdür.
Hazırda Britaniya da çıxılmaz vəziyyətə düşüb. Ancaq bu, bir ilk deyil. II Dünya müharibəsi zamanı da belə bir şey yaşanmışdı. O vaxt ABŞ və Rusiya arasında sandviç kimi sıxılan Böyük Britaniyanın 2 dəfə Baş naziri seçilmiş siyasi nəhəngi ser Vinston Leonard Spenser Çörçill etiraf etmişdi ki, Britaniya “bir tərəfdə böyük rus ayısı ilə digər tərəfdən isə “böyük Amerika öküzü (söhbət vəhşi öküzdən gedir) ” arasında qalan “zavallı ingilis eşşəyi”nə bənzəyir. Ancaq yalnız kiçik Britaniya çətin vəziyyətdən çıxmağın doğru yolunu bilir...
Elbəyi Həsənli. Sürix
mia.az