AZ

"Yalnız qələbə qazanmalıyıq" - Futzalçı DANIŞDI

"Komandanın durumu yaxşıdır". Bunu SİA-ya futzal üzrə Azərbaycan millisinin üzvü Xəzər Ağalızadə deyib.

O, Avro-2026-nın seçmə mərhələsində Yunanıstan millisi ilə qarşılaşacaqlar oyunu şərh edib.

Ağalızadə bildirib ki, bu matçda qələbədən başqa şansları yoxdur: "Komandadakı abu-hava yüksək səviyyədədir. Fiziki baxımdan bu oyuna tam hazırıq. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Rəqibi yaxşı şəkildə analiz etmişik. Şanslarımız 50/50-dir. Taktiki məşqlərdə edirik. Oyun planımız üzərində çalışırq. Əlimizdən gələni edib, bu matçda qələbə qazanacayıq".

O, bu oyunda zədə səbəbi ilə iştirak edə bilməyən Rövşən Hüseynlinin olmamasına münasibət bildirib: "Düzdür, qapıçımızın olmaması biraz pis oldu. Allah ona şəfa versin. Onu əvəz edəcək qapıçımız Emin Kürdovda ən az Rövşən qədər təcrübəlidir".

Qeyd edək ki, Yunanıstan - Azərbaycan matçı martın 11-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
34
sia.az

1Mənbələr