AZ

Sahil Babayev dəyişikliyə başladı - Rektorun qardaşını işdən çıxardı + FOTO

Maliyyə Nazirliyi Aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.

“AzPolitika” “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.

Maliyyə Nazirliyindən saytımıza xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni Aparatı rəhbəri təyin edilib.

O, 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Qeyd edək ki, Cavanşir Yusifov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır.

Seçilən
78
7
azpolitika.info

10Mənbələr