AZ

Mikel Arteta: “Mançester Yunayted”ə məğlub ola bilərdik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 28-ci turunun “Mançester Yunayted”lə səfər oyununu (1:1) şərh edib.

Arena.az “Football.London” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Hər şeyi, xüsusən birinci hissədə meydanda saxladığımız üstünlüyümüzü, hər xüsusda oyuna tam nəzarət etdiyimizi nəzərə alaraq, qələbə qazana bilmədiyimiz acıdır. Rəqib qapısının son 15-20 metrliyində bizim azacıq uğurumuz əskik idi. Böyük məqsədyönlülüyümüz çatışmırdı, son ötürməmiz, son fəaliyyətimiz əskik idi. Amma biz oyunun gedişini diqtə edirdik, bu, gərəkli istiqamətdə gedirdi.

Təəssüf ki, bir atış gəldi, biz bunun öhdəsindən gələ bilmədik, topu verdik, təhlükəli bölgədə qaydanı pozduq – burada isə oyunçunun öz bacarığından istifadə edə bilməyəcəyinə bel bağlamaq lazım gəlir. “Mançester Yunayted”lə oyunlarda isə buna imkan çox azdır.

“Mançester Yunayted” də əldə etdiyi üstünlüyündən ikinci hissədə yararlandı. Biz sürət yığmağa çalışdıq, biz qol vurduq. Mənə elə gəlməyə başladı ki, rəqibə ağırdır, onlar hücuma çıxa bilmirlər, gücləri çatmır, amma bu məqamda biz özmüz onların qarşısında qapıları taybaty açdıq. Özümüzə yaraşmayan bir neçə itkiyə yol verməklə və bir neçə sadə vəziyyətin öhdəsindən pis gəlməklə, onlara fürsət verdik.

Baxmayaraq ki, bizim üç gözəl fürsətimiz vardı, gerçəklik budur ki, son nəticədə biz sonda qurtula bildik. Biz məğlub ola bilərdik”, deyə Mikel Arteta vurğulayıb.

28 oyundan 55 xal toplamış “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 34 xalla 14-cü pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xal toplamış “Liverpul” başçılıq edir.

Seçilən
14
arena.az

1Mənbələr