AZ

Mütəşəkkil cinayətkar qrupun liderini öldürən qatillər saxlanıldı: 16 ildən sonra

  Hüquq-mühafizə orqanlarının əməkdaşları 2000-ci illərdə "Daşkənd" mütəşəkkil cinayətkar qrupun lideri Sergey Nesterukla əlbir olmuş üç qatili saxlayıblar.

Bu  barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, "Daşkənd" ləqəbli Nesteruk 2009-cu ilin aprelində pusquya düşüb. O, "Slava Piterski" kimi tanınan, "Velikolukskaya" mütəşəkkil cinayət qrupunun üzvü Vyaçeslav Sturainisin dəfnindən sonra Latviyadan Moskvaya gedirmiş. Tver vilayətinin Baltiya şossesində onun “Mercedes” markalı avtomobilinə "AK-47" və "AKS-74U" avtomatlarından atəş açılıb.

Bildirilir ki, qatillər cinayətdən 16 il sonra saxlanılıb. Onlardan biri Sankt-Peterburqda, daha ikisi isə Pskovda tapılıb. Və hazırda ömürlük həbs cəzası gözləyirlər.

Məlum olub ki, hadisəni törədənlər Sankt-Peterburqun “Velikolukskaya” mütəşəkkil cinayətkar qrupunun üzvləridir. Versiyalardan birinə görə, bu qrupların liderləri təsir dairələrini böləşə bilməyiblər.//Publika.az 


Seçilən
26
1
referans.az

2Mənbələr