AZ

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” ilə bağlı şəhid Arif Quliyevin ailəsini ziyarət edib

“Konstitusiya və Suverenlik İli” ilə bağlı, Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Təzəkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Arif Qaraca oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb...

Qeyd edək ki, şəhid Quliyev Arif Qaraca oğlu 1960-cı il may ayının 23-də Tərtər rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Orta təhsilini Kəngərli kənd orta məktəbində aldıqdan sonra 1979-1981-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Qarabağ müharibəsi dövründə tikinti təşkilatında fəhlə işləyirdi. 1992-ci il iyul ayının 2-də Ağdərə bölgəsində döyüşçülərə kömək məqsədilə ora gedərkən mina partlayışı nəticəsində həlak olmuşdur. Kəngərli kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Rauf adlı bir oğlu, Tərlan və Aynur adlı iki qızı var.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr