AZ

Azərbaycan BMT-nin Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında təmsil olunur

BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) icrası və qiymətləndirilməsinə həsr olunmuş Qadınların Statusu Komissiyasının (CSW69) 69-cu sessiyasının açılışı olub.

Sessiyada BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələri, BMT qurumları və ECOSOC-a akkreditə olunmuş qeyri-hökumət təşkilatları (QHT-lər) iştirak edir.

Sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya çərçivəsində yüksək səviyyəli dəyirmi masa, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), BMT-də İslam Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı iqlim koalisiyası - KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda yan tədbir keçiriləcək.

CSW69-da Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının nəzərdən keçirilməsi də daxil olmaqla, dünyada gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına diqqət yetirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il qlobal ictimaiyyət Dördüncü Dünya Qadınlar Konfransının və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) qəbul edilməsinin 30-cu ildönümünü qeyd edir.

Seçilən
39
4
aznews.az

8Mənbələr