AZ

"Kitab gətirənlərə türk qəhvəsi" layihəsi

Antalyada bir kafe "kitab gətirənlərə türk qəhvəsi" kampaniyasını sosial məsuliyyət layihəsinə çevirib.

Kulis.az xəbər verir ki, İl Milli Təhsil Müdirliyinin dəstəklədiyi layihə ilə indiyə qədər təxminən 6 min kitab toplanıb.

Kampaniya çərçivəsində kitabxanalar üçün kitab gətirənlərə türk qəhvəsi ikram edilib.

Qeyd edək ki, iş adamı Bahri Kaya layihə çərçivəsində hər kəsdən dəstək gözlədiklərini söyləyib.

Seçilən
36
1
kulis.az

2Mənbələr