AZ

Gənc və tanınmış alim AzMİU-da elmi seminar keçib: Dinamik sistemlərdə riyazi metodların tətbiqi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) riyaziyyatvə kompüter elmlərinin ən mürəkkəb və strateji istiqamətlərindənbirinə həsr olunmuş elmi seminar keçirilib. “Dinamiki sistemlərdəhesablama məsələləri” mövzusunda təşkil olunan bu mötəbər tədbirAMEA-nın müxbir üzvü, görkəmli alim Kamil Ayzadənin rəhbərliyi iləbaş tutub.

Seminarın əsas məruzəçisi Maks Plank Proqram Sistemləriİnstitutunun əməkdaşı, gənc alim Toğrul Kərimov dinamik sistemlərinformal yoxlama metodları ilə dərin təhlili və bu metodlarınmüxtəlif tətbiq sahələrində inqilabi əhəmiyyəti barədə geniş məruzəilə çıxış edib. O, diskret və fasiləsiz zamanlı xətti dinamiksistemlərin yoxlama problemlərini, onların cəbr və transendentalədəd nəzəriyyəsi, eləcə də hesablana bilənlik nəzəriyyəsi ilə olanfundamental əlaqələrini şərh edərək müasir riyazi yanaşmalarıngücünü ortaya qoyub.

Vurğulanıb ki, formal yoxlama metodları yüksək səviyyəlikiber-fiziki sistemlərin təhlükəsizliyini və funksionaldüzgünlüyünü təmin edən ən effektiv alətlərdən biridir. Alimlər bumetodların süni intellekt, avtomatlaşdırılmış idarəetmə və kritikinfrastrukturların qorunması sahələrində tətbiqinin mühümperspektivlər açdığını bildiriblər.

Müzakirələr zamanı elmi ictimaiyyət Toğrul Kərimovuntədqiqatlarının Azərbaycan elmi üçün strateji əhəmiyyətini xüsusiqeyd edib. Eyni zamanda, onun elmi işlərinin yaxından izlənilməsivə potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi barədəyekdil fikir ifadə olunub.

Bildirək ki, Maks Plank İnstitutu öz alimlərinə verilən 39 NobelMükafatı ilə elm və texnologiya tədqiqat təşkilatı kimi dünyamiqyasında aparıcı reputasiyaya malikdir və geniş şəkildə dünyanınən əsas tədqiqat təşkilatlarından biri kimi qəbul edilir. AlbertEnşteyn də zamanında bu mərkəzdə qonaq professor olub.

Toğrul Kərimov İngiltərənin Oksford Universitetində bakalavr vəmagistr təhsili alıb, hazırda isə o dünyanın nüfuzlu elmi tədqiqatmərkəzlərindən olan Maks Plank İnstitutunda doktorantura təhsilinidavam etdirir. Onun elmi rəhbəri isə tanınmış alim Joel Ouaknindir.Toğrul Kərimov, həmçinin Dünya Azərbaycanlı Alimlər Birliyinin(DAAB) üzvü olan gənc alimlərdəndir.

AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru,Elmi-tədqiqat şöbəsinin müdiri, İnformasiya texnologiyaları vəsistemləri, Ali riyaziyyat kafedralarından əməkdaşlar, AMEA-nınİdarəetmə Sistemləri İnstitutundan nümayəndələr iştirak ediblər.Seminarda mövzu ilə bağlı suallar səsləndirilib, gələcək tədqiqatistiqamətləri barədə müzakirələr aparılıb.

Gənc
Gənc
Gənc
Məqalədə:
Seçilən
33
4
az.trend.az

4Mənbələr