Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları qar çox yağan bölgələrdə yolların qumdan və duzdan təmizlənməsi fəaliyyətlərini davam etdirir.
19 saylı Xüsusi Təyinatlı Yol İstismari MMC-nin rəhbəri Nazim Eynallı Azadmedia.az-a bildirib ki, Şamaxı-Dəmirçi yolu və Şamaxının daxili yolları intensiv yağan qardan sonra yola səpilən qumdan və duzdan təmizlənir. Bununla yanaşı yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir titrlər xüsusi təyinatlı maşınlarla təzyiqli su verilərək yuyulur. Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında aparılır.
Qeyd edək ki, 1 həftədən çox bölgələrə qar yağması ilə əlaqədar 19 saylı Xüsusi Təyinatlı Yol İstismari MMC-nin kollektivi növbəlilik şərti ilə bütöv sutkada yolların qardan təmizlənməsi işinə cəlb edilərək sürücülərin təmizlənib qum, duz səpilmiş yollarla mənzil başına təhlükəsiz çatmaları üçün əllərindən gələni əsirməməmişlər.
Sonda 19 saylı Xüsusi Təyinatlı Yol İstismari MMC-nin rəhbəri Nazim Eynallı bildirdi ki, hava şəraitindən asılı olmayaraq rəhbərlik etdiyi kollektiv yolların daha tez və təhlükəsiz qət edilməsi üçün hər zaman xidmətdədirlər.