AZ

“Kursk vilayətində qoşunlarımızın mühasirəyə alınması təhlükəsi yoxdur” – SIRSKİ

Hazırda Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin mühasirəyə alınması təhlükəsi yoxdur.

“AzPolitika” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski “Facebook” səhifəsində məlumat verib.

"Hazırda Kursk vilayətində bölmələrimizin mühasirəyə alınması təhlükəsi yoxdur. Bölmələr əlverişli müdafiə xətlərinə manevr etmək üçün vaxtında tədbirlər görür", - o qeyd edib.

Sırski Kursk qoşunları qrupunun əməliyyat zonasında işlədiyini, Sumı vilayətinin Rusiya Federasiyasının Kursk vilayəti ilə sərhədində vəziyyətin Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olduğunu vurğulayıb.

Onun sözlərinə görə, sərhəd xəttində adları rus təbliğatçılarının hesabatlarında keçən bir sıra yaşayış məntəqələri artıq faktiki olaraq mövcud deyil - onlar işğalçının atəşi nəticəsində məhv edilib. "Şimali Koreya piyadaları tərəfindən gücləndirilmiş hücuma xeyli sayda rus qoşununun cəlb edilməsinə baxmayaraq, düşmən canlı qüvvə və texnikada xeyli itki verir. Təkcə Plexovoye bölgəsində düşmən dörd gün davam edən döyüşlərdə bir batalyon piyadasını itirib, - deyə Baş Komandan bildirib.

“AzPolitika”

Seçilən
45
2
azpolitika.info

4Mənbələr