XİN-dən Demokrat.az-a verilən məlumata görə, A.Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın "BFMTV"yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırmasını şərh edib.
O qeyd edib ki, Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün Azərbaycanı ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik:
"Fransanın kolonial siyasətini təbliğ edən və bu ölkənin "3 okean və 5 qitədə" mövcud olduğunu iddia edən Manuel Valsın Azərbaycana qarşı növbəti dəfə səsləndirdiyi cəfəng iddialar, Fransanın həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışmadığının növbəti təzahüründən başqa bir şey deyil.
Ölkəsini "nadir güc" kimi qələmə verən nazir Manuel Vals səsləndirdiyi ziddiyyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir.
Nazir Manuel Valsın fikirləri, Fransanın öz "strateji maraqları" müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində bu ölkənin ikili standartlar yanaşmasından xəbər verir.
10Mənbələr
-
sherg.azFransa dənizaşırı ərazilərdə legitimliyini çoxdan itirib: Valsın açıqlamarı özünü təkzib edən fikirlərlə doludur ( 15970001)
-
yeniazerbaycan.comFransanın əsassız iddiaları... ( 15959513)
-
xalqqazeti.azFransanın müstəmləkə siyasətini ört-basdır etmək üçün ölkəmizə qarşı iddiaları əsassızdır ( 15958941)
-
news24.azRəsmi Bakıdan Fransa nazirinə CAVAB ( 15949529)
-
hokm.azFransa təkrar-təkrar əsassız iddialar səsləndirir – Rəsmi Bakıdan REAKSİYA ( 15952523)
-
editor.azRəsmi Bakıdan Fransaya sərt tələb: “Əsassız qarayaxma kampaniyasını dayandırın” ( 15951691)
-
demokrat.azRəsmi Bakıdan Fransaya sərt tələb: "Əsassız qarayaxma kampaniyasını dayandırın" ( 15951559)
-
yenisabah.azRəsmi Bakıdan Fransaya SƏRT TƏLƏB ( 15951487)
-
leqal.infoRəsmi Bakı Fransanın dənizaşırı ərazilər nazirinə cavab verib ( 15950787)
-
nocomment.azXİN rəsmisi: Fransa tərəfinin təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik ( 15950707)