AZ

AFFA Lənkıranda turnir keçirəcək

Bakı. Trend:

AFFA-nın təşkilatçılığı ilə martın 16-da Lənkəranda 12 yaşadəkqızlar arasında “Bahar turniri” keçiriləcək.

Trend xəbər verir ki, bubarədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaqturnirdə Lənkəranın 8 komandası mübarizə aparacaq. Komandalararasında qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçıkomandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təminolunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlifnominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Baharturniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır.Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyattərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması,kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 QızlarLiqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Məqalədə:
Seçilən
88
14
az.trend.az

10Mənbələr