Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Modern.az AFP-yə istinadən xəbər verir ki, Zelenski orada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşəcək.
Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-lə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.
Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında danışıqlar aparacaq.